IELTS self-study proqramı

Hər şeydən əvvəl qeyd edim ki, hazırlıq prosesini 6 istiqamətdə bölmüşəm.

1. Reading (Cambridge IELTS Books from 5 to 15)

2. Listening (Cambridge IELTS Books from 5 to 15)

3. Writing (8 task 2; 7 task 1)

4. Speaking (ieltsbro.com)

5. Vocabulary (akademik söz ehtiyatı)

6. Grammar (ən əhəmiyyətli 10 qayda)

READING hər gün bir test işləmək şərti ilə kitab 5-dən 15-ə qədər tamamlamaq lazımdır. (Səhvlərin analizi üçün readingielts.com saytında sualların cavabları izahlı formada var).

LISTENING hər gün bir test işləmək şərti ilə kitab 5-dən 15-ə qədər tamamlamaq lazımdır.

SPEAKING imtahana düşəcək olan suallar ieltsbro.com saytında var və part 1 + part 2,3 birlikdə 50-60 mövzu olur ki, bu da gündəlik 1-2 “full speaking”ə hazırlaşmalı olduğunuz anlamına gəlir. Cavablar araşdırmaq üçün, vaxtın çox getməməyi üçün MAKKAR SPEAKING SEP-DEC 2020 kitabını istifadə edə bilərsiniz.

WRITING Task 2 - agree/disagree, discussion, positive/negative development, advantages/disadvantages, problem-solution, cause-solution, cause-effect, direct/twin questions.

WRITING Task 1 - line graph, bar chart, table, pie chart, mixed, map, process/diagram.

Olaraq bölüb 8+7=15 gün vaxt ayırmaq lazım olacaq. Gündəlik yalnızca 1 növü seçib, onunla bağlı nümunə esselər oxuyub və nəhayət günün sonunda həmin növə aid 1 esse yazmaq lazım olacaq.

VOCABULARY “google”da AWL (academic word list) yazaraq 570 akademik sözü tapa bilərsiniz və günə 10 söz sistemi ilə bölərək akademik söz ehtiyatı problemini də həll etmiş olacaqsınız.

GRAMMAR istənilən bir qrammatika kitabının mündəricatını açıb çətinlik çəkdiyiniz articles, prepositions, tense forms, infinitive gerund, clause və s. üzərinə 2-3 “advanced grammar” seçirsiniz. Bu seçdiyiniz 10 qrammatik qaydanı da günə 1 olmaqla 10 günə bitirə bilərsiniz.

Gündəlik etməli olduğunuz şeyləri və bunun alacağı təxmini vaxtı hesablayaq:

1 reading + izahları ~ 80 dəq

1 listening ~ 40 dəq

1 növ writing oxuyub öyrənmək + yazmaq ~ 90 dəq

1 speaking mövzusu - 30 dəq

10 akademik söz - 40 dəq

1 qrammatik qayda - 20 dəq

80+40+90+30+40+20=300 dəq = 5 Saat.

2021-04-29

Bloqu paylaşın:

author photo
MüəllifRəşad Ramazanlı

IELTS təlimçisi, Ramazanlı Academy şirkətinin qurucu direktoru

Bizi sosial şəbəkələrdə izləyin:

IELTS

Dil öyrənmək

whatsappIcon