Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
İngilis dili öyrənənlər tərəfindən tez-tez qarışdırılan 4 sözə - person, persons və people peoples sözlərinə nəzər salaq.
Person və people sözlərininin hər ikisi latın mənşəlidir. Person sözü “persona” sözündən yaranmışdır. İndi “insan”, “şəxs” mənalarında anladığımız bu söz əslində, əvvəllər aktyorların istifadə etdiyi “maska” demək idi. Person sözü təkdə olan sayılabilən (countable) isimdir və hər hansı bir şəxs (qadın, kişi və ya uşaq) haqda danışılan zaman işlədilir:
She’s a person I have a lot of respect for.
People sözü isə “eyni millətdən, cəmiyyətdən və etnik qrupa məxsus insanlar” anlamına gələn “populus” sözündən yaranıb “insanlar” deməkdir. People sayılabilən (countable), toplu isimdir, bu da o deməkdir ki, bu sözü cəmləməyə ehtiyac yoxdur. Bəs peoples sözü nə zaman işlədilir? Ümumiyyətlə, insanlar yaxud bir etnik qrup və ya millət haqqında danışdığımız zaman people sözündən istifadə edirik:
The people of Azerbaijan celebrate the glorious return to their lands after 30 years.
Peoples sözü isə iki və daha artıq etnik qrupa və ya millətə mənsub olan insanları fərqləndirmək lazım olduğu zaman işlədilir:
The Israeli and Palestinian peoples have long been at war.
Əgər people cəm halda insanlar deməkdirsə, persons nədir?
Persons sözü rəsmi söz olub, daha çox hüquqi mətnlərdə və yahüquqi kontekstdə istifadə edilir. Əvvəllər persons sözününsayılabilən (countable), people sözünün isə sayılabilməyən (uncountable) isimlərə istinad etməsi nəzərdə tutulsa da, bu qaydastandart dildə tətbiq olunmadı. Ona görə də, gündəlik danışıq zamanı persons sözü arxaik hesab olunur və rəsmi (əsasən, hüquqi) mətnlərdə istifadə edilir:
A lift can hold 5 persons maximum.
Missing persons were reported to the police.
Mənbələr:
https://dictionary.cambridge.org/grammar/british-grammar/person-persons-or-people
2021-06-20
Bloqu paylaşın:
TIME ACADEMY dil mərkəzində aparıcı ingilis dili müəllimi, tərcüməçi, sosiolinqvist
Müəllifin digər bloqları
IELTS
Dil öyrənmək
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış