Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
Statistikalara görə, Kanada və İsveç kimi yüksək inkişaf etmiş ölkələr nağdsız cəmiyyətin formalaşmasında liderdirlər. Elə buna görə də, bu ölkələrə yolunuz düşübsə, kredit kartınızı unutmadığınızdan əmin olmalısınız. Nağdsız cəmiyyət iqtisadi əməliyyatlar zamanı kiçik miqdarda nağd vəsaitin istifadə olunduğu, insanların daha çox kredit və debit kartlarına, elektron pul kisələrinə və digər rəqəmsal vasitələrə üstünlük verdiyi iqtisadi cəmiyyətlərdir. İnternet və mobil bankçılığın ənənəvi üsullardan üstün tutulduğu bu cəmiyyətlər əməliyyat proseslərinin təhlükəsizliyinə, operativliyinə və biznes stimullu olmasına görə seçilir. İnkişaf etmiş ölkələrin hökümətlərinin təşviqatı nəticəsində artmaqda olan bu sistemlər dünyadakı maliyyə proqnozları tərəfindən daim iqtisadi gündəmə daşınır. Məqalənin sonrakı hissələrində belə sistemlərin üstünlüklərini, bu barədə aparılan hökümət təşviqatını və iqtisadi əhəmiyyətini ölkəmizdən və xaricdən datalarla nümayiş etdirərək dünyamızın necə nağdsız gələcəyə doğru irəlilədiyi təhlil ediləcək.
Nağdsız cəmiyyətin üstünlükləri, əsas amilləri və iqtisadi əhəmiyyəti. İqtisadiyyat əsrlərdir inkişaf edir və bizi əhatə edən anlayışlar arasında ən çox fərqli perspektivlərə və ən mürəkkəb dəyişikliklərə məruz qalan sahədir. Aydındır ki, texnologiya əsrində “yaşayan” iqtisadiyyat rəqəmsal dünyanın üstünlüklərindən kənarda qala bilməzdi. Həmin bu rəqəmsallaşma ən bariz şəkildə özünü nağdsız cəmiyyətlərin formalaşmasında göstərib. XX əsrin əvvəllərində gələcək barədə məlumatlandırılan şəxsin bu rəqəmsallaşmaya qarşı təəccübünü təsəvvür etmək çətin deyil, modern cəmiyyət isə artıq bu prosesə öyrəşməyə başlayır.
Aydındır ki, Azərbaycan insanların nağd pula üstünlük verdiyi ölkələrdən biridir. Ancaq bu da aydındır ki, ölkəmizdə nağd pulun istifadəsi ilbəil azalmaqdadır. Bunun səbəbləri isə, nağdsız əməliyyatların insanlara qazandırdığı üstünlüklərdir. Həmin üstünlüklər təhlükəsizlik, kağız pulun daşınması xərcinin azalması, daşındığı zaman itirilən vaxt itkisinin aradan qalxması, beynəlxalq səyahətlər zamanı daha operativ valyuta mübadiləsinin aparılması kimi bir neçə əlverişli hal və imkandan ibarətdir.
Vaşinqton şəhərində 11 restoran təməlli obyekt idarə edən “Georgetown Events” şirkətinin qurucusu Bo Bler nağdsız sistemə keçid etdiklərini artıq nağd pulun daşınması üçün zirehli avtomobillər və işçilərin kağız pulların hesablanması üçün itirdiyi əlavə vaxtdan azad olunması ilə və digər işçilərin nağd pulların qəbulu zamanı qeyri-qanuni situasiyalara girməsinin nağdsız sistem ilə qarşısının alınması ilə əsaslandırır. ABŞ-nin paytaxtından öz ölkəmizin paytaxtına – Bakıya keçid etsək, eyni inkişafın bizim cəmiyyətdə də varlığından danışa bilərik. “McDonalds” şəbəkəsinin bir neçə il öncə açılan Üzeyir Hacıbəyov və Bülbül prospektinin kəsişməsində yerləşən filialında özünəxidmət köşklərinin yerləşdirilməsi alıcıların uzun kassa növbələrində vaxt ititrməsi problemini tədricən aradan qaldırır. Bununla da, istehsalçı nağd pulun çoxluğundan, onun daşınması və depozit olunması problemlərindən azad olur.
Nağdsız cəmiyyətin formalaşması, istehsalçı və istehlakçıdan əlavə, istehlakçı və hökümət arasındakı əlaqələri də möhkəmləndirir. Statistikaların aparılması zamanı işçi xərclərinin və zaman itkisinin qarşısının alınmasında iqtisadi əməliyyatların nağdsız sistem tərkibində bir sıra rəqəmsal aparatlar vasitəsilə aparılması hökümətə kömək edir. Daxili bazarda maliyyənin hansı yöndə hərəkət etdiyini bu yolla asanlaşmış vəziyyətdə təhlil etməyə başlayan hökümət bununla da iqtisadiyyatın inkişafı yolunda xüsusi əlverişlilik qazanmış olur. Bundan əlavə, həmin dataların varlığı istehlakçıların büdcələrini idarə etmələrinə və gələcək planlarını hazırlamaqlarına kömək edir. Nəticədə böyük biznes sahibi olanlardan tutmuş, sadə işçilərə qədər hər təbəqədən vətəndaş şəxsi iqtisadi böhranla rastlaşmaqdan uzaq durmuş olur.
Beynəlxalq ödəmələr
Xarici və biznes səyahətləri zamanı, əgər hər iki ölkə nağdsız cəmiyyətin faydalarından istifadə edirsə, daşınılan yüksək məbləğdə nağd vəsaitə ehtiyac görülmür. Bunun əvəzinə sadəcə bir rəqəmsal maliyyə vəsaiti nağdsız əməliyyatların aparılmasına şərait yaradır. Elektron valyuta mübadilələri vasitələri valyuta mübadiləsi zamanı səyahətçi olan şəxsin səyahətdə olduğu ölkənin daxilində hər hansı bir problem yaşamasına mane olur. Dövlətlər arasında olan əməliyyatlar zamanı da böyük məbləğdə vəsaitin nağd formada daşınma xərcləri elektron bankçılıq sistemləri sayəsində aradan qaldırılır.
Kağız pulların çapı prosesi vəsaitin dəyərindən asılı olaraq müəyyən bir zaman ərzində təkrarlanır və bu təkrarlanma zamanı 1.5-2 milyon avro arası xərc hökümət tərəfindən çəkilir. Örnək kimi 100 manat dəyərində olan kağız pulların nisbətən az istifadə edildiyinə görə 10 ildən bir, 1 manat dəyərində olan kağız pulların isə gündəlik dövriyyəsi daha çox olduğundan hər 2-3 ildən bir yenidən çap olunmasını göstərə bilərik. Orta miqdarla ifadə etsək, Azərbaycanda hökümət 4-5 ildən bir yenidən kağız pul çapı prosesinə başlayır və yuxarıda da qeyd etdiyim kimi 1.5-2 milyon avro dəyərində vəsait itirir. Nağdsız sistem iqtisadiyyatın xərclərini azalda bilir. Nəticədə bu böyük məbləğ dövlət strukturları tərəfindən xərc olaraq yox, digər sosial sahələrə yönəldilə bilər. Yəni, nağdsız sistemin formalaşması höküməti sonsuza qədər çəkmək məcburiyyətində olduğu çap xərcindən xilas edə bilər.
İqtisadiyyatın rəqəmsallaşması, həmçinin vergi mədəniyyəti formalaşdırmaq potensialındadır. Hindistanda aparılan bir iqtisadi sorğuda nağdsız iqtisadiyyata keçid zamanı 540 min yeni vergi ödəyicisinin qeydiyyata alındığı müşahidə edilib. Bu da o deməkdir ki, nağdsız cəmiyyətə doğru inkişaf hökümət strukturlarının vətəndaşlarına qarşı daha planlı olmasına gətirib çıxarır.
Kriminal əməllərə və düşüncələrə meyilli olan insanların ən böyük qorxusu izlənməkdir. Onlar nağd pulu sevirlər, çünki nağd pul əllərinə keçdikdə onun üzərində heç bir “iz” qalmır. Çünki nağd pul əslində heç kimə “məxsus” deyil və bir insanın əlindən digərinə keçdikdə bir növ “sahibini” də dəyişmiş olur. Burdan stimul alan kriminallar da adətən nağd pula üstünlük verirlər. Bununla da korrupsiya və vergidən yayınma fəaliyyəti, kağız pulların saxtalaşdırılması və terrorist fəaliyyətlərin maliyyələşdirilməsi kimi hallar izlənilməz hal alır. Bu situasiyanın dəyişməsi sadəcə onlayn bankçılığın əhali arasında təşviqi və artımı nəticəsində baş verə bilər. Tam nağdsız cəmiyyətdə istənilən maliyyə əməliyyatı izlənilə bildiyindən qeyri-qanuni maliyyə əməliyyatlarının tam formada qarşısı alınmış olur.
Texnologiyanın tətbiqi nəticəsində rəqəmsal bankçılıqda yerləşən səs və üz tanıma kimi funksiyalar vətəndaşların öz maliyyələrini elektron platformalarda saxlamasına daha çox stimul verir, nəinki qalın pul qablarında. İsveçdə nağdsız cəmiyyətin uğurlu təşviqatı nəticəsində bankların daxil olduğu 2008-ci ildəki kriminal hadisələr sadəcə 3 ilə 110-dan 16-ya düşməyi bacarıb. Bu rəqəmin 2019-da və bundan sonrakı illərdə necə olacağını təsəvvür etmək elə də çətin deyil – 0. Müasir cəmiyyətlərdə fəaliyyət göstərən bank şəbəkələri müştərilərinin kartlarının hansısa kriminal hadisə zamanı sıradan çıxmasını təmənnasız bərpa etmələri insanların nağdsız bankçılıq şəbəkələrinə olan güvənini daha da artırır. Belə situasiyaları dəyərləndirən elektron bankçılıq şəbəkələrinin kibertəhlükəsizliyə investisiya etmələri ilk misalda göstərdiyim kartların kriminal hadisələrdə istifadə olunması riskini qat-qat aşağı salır. Nağdsız bankinq şəbəkələrindəki kibertəhlükəsizlik sistemləri ölkəmizdə də fəaliyyət göstərir. Yuxarıda haqqında yazdığım üz və səs tanıma kimi funksiyalar artıq Azərbaycanda fəaliyyət göstərən bank şəbəkələrinin də mobil tətbiqetmələrində öz yerlərini alıb.
Kanada, İsveç və Sinqapur hər nə qədər fərqli qitələrdə yerləşən ölkələr olsalar da, onları bir şey birləşdirir – nağdsız cəmiyyət hədəfi. Modern dünya iqtisadiyyatında bütün ölkələr gələcək planlarına rəqəmsallaşmış daxili iqtisadiyyat ideallarını da əlavə edirlər, çünki bu artıq qaçınılmazdır. Sadaladığım 3 ölkə də bu yarışda birinci yer olmaq üçün uğurlu təşviqat aparır. Hökümətlərin rəqəmsallaşmış iqtisadiyyata can atmaq meyillərinin iki səbəbi var.
Birincisi, bu gələcəkdir. Artıq modern cəmiyyətlərdə gələcəkdə bütün maliyyə əməliyyatlarının elektron formada aparılacağı proqnozu təəccüb ilə qarşılanmır. Hökümətlər isə bu sürətli prosesə vətəndaşlarını təşviq edərək qoşulmalıdır, çünki bunun “öz-özünə” formalaşmasını gözləmək digər ölkələr ilə olan rəqabətdə Azərbaycanı geri salmaq potensialına sahibdir.
İkincisi, bu prosesin sonu şəffaflıqdır. Yazının əvvəllərində də dəfələrlə vurğuladığım kimi, iqtisadiyyatın rəqəmsallaşdırılması maliyyə əməliyyatlarını izlənilə bilən edir. Azərbaycanın bu sahədə uzaq hədəf üçün siyasət aparması nağdsız cəmiyyətə doğru olan yolda ölkə iqtisadiyyatı üçün effektiv irəliləyişə səbəb olmaq imkanına sahibdir.
Ölkəmizin – Azərbaycanın nağdsız cəmiyyətə doğru irəliləməsi üçün şəraitinin olması şübhəsizdir. Mənbələrimiz, regiona nisbətən böyük əhalimiz və iqtisadi infrastrukturumuz bizə imkan verir ki, regionda ilk nağdsız cəmiyyət olmaq yolunda irəliləyə bilək. Həmçinin, ölkəmizin ərazisinin də nisbətən kiçik olması bizə şərait yaradır ki, nağdsız cəmiyyət üçün lazımi mühit hazırlansın. “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam da məsələnin Azərbaycan höküməti üçün də aktual olduğunu göstərir.
2021-10-14
Bloqu paylaşın:
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış