Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
IELTS imtahanının “Listening” bölməsində müxtəlif cür rəqəmlər və ədədlər yazmağımız tələb edilir. Bu rəqəmlər nəyinsə (kiminsə) ölçüsünü, miqdarını, qiymətini, tarixini, telefon və ya kart hesab nömrəsini bildirə bilər. Bəzən namizədlər rəqəmləri doğru eşitdikləri halda, yazarkən səhvlərə yol verirlər. Bunun əsas səbəbi hədəf dildə (ingilis dili) eşitdiyimiz rəqəmləri öz ana dilimizə tərcümə etməyimizdən irəli gəlir ki, bu da test zamanı vaxt itkisinə və səhvlərə səbəb olur. İlk növbədə, ədədlərin oxunuşunu öyrənmək və öncədən məşq (practise) etmək lazımdır. Məsələn:
• 400,000 = four hundred thousand
• 2022 = two thousand and twenty-two OR the year twenty twenty-two
• 6,500 = six and a half thousand OR six thousand and five hundred
Telefon nömrələri isə tək rəqəmlər şəklində oxunur. 0 rəqəmi “o” səsi kimi tələffüz edilə və hər hansı qoşa rəqəm varsa “double”, üç rəqəm ardıcıl işlənibsə “triple” kimi deyilə bilər. Məsələn:
• 055 575 64 45
• ‘oh’ triple five seven five six double four five
Bu cür telefon və ya kart nömrələrini yazarkən səhvləri minimuma endirmək üçün tövsiyə edirik ki, namizədlər gündəlik öz telefonlarında “kontaktlar” bölməsində olan nömrələri tək-tək ucadan oxusunlar. Eyni zamanda “Listening” bölməsindəki “spelling” tapşırıqlarını da ad və soyadları oxuyaraq etmək olar.
Bunlardan əlavə, ingilis dilində tarixin müxtəlif formalarda yazıldığını görmək qarışıqlığa səbəb olur. Bunun əsas səbəbi isə Britaniya və Amerika ingiliscəsindəki fərqlərdir. IELTS imtahanında isə hər iki yazılış formasından istifadə edilir. Hər iki variant düzgündür. Məsələn, 19 iyul 2018-ci il tarixi Britaniya ingiliscəsində bu versiyalarda qeyd edilir:
• 19 Jul
• 19 July
• 19 July 2018
• 19th July 2018
• the 19th of July 2018
• the 19th of July, 2018
Son iki yazı qaydası rəsmi üslubdadır və “the” və “of” əlavə edirsinizsə, hər ikisini qeyd etməlisiniz. “19th of July” və ya “the 19th July” olaraq qeyd etmək düzgün deyil. Həmçinin, əgər günü də qeyd etmək lazım gələrsə, bu zaman həftənin günü tarixdən əvvəl yazılır və ondan sonra “the” artiklı gəlir, yaxud vergül qoyulur:
• Thursday, 19 July 2018
• Thursday the 19th of July, 2018
Sıra saylarını qeyd edərkən də diqqətli olmaq lazımdır. Məsələn, “21th July” və ya “23th July” qrammatik olaraq doğru olmadığından, testdə də səhv cavab olaraq hesab edilir. Müvafiq olaraq rəqəm 1,2,3 ilə bitirsə “st, nd, rd” şəkilçiləri əlavə edilir:
• 1st (first) - 21st April
• 2nd (second) - 22nd March
• 3rd (third) - 23rd January
Amerika ingiliscəsində isə əvvəlcə ay daha sonra isə günün tarixi qeyd edilir. 19 iyul 2018-ci il tarixi Amerika ingiliscəsində belə qeyd edilir:
• Jul 19
• July 19
• July 19, 2018
• Thursday, July 19, 2018
Qeyd: “May” və “June” ayları istisna olmaqla digər aylar qısaldılmış formada da yazıla bilər: Jan, Feb, Mar, Apr, Jul, Aug, Sept/Sep, Oct, Nov, Dec.
Yazdığımız tarixin testin əvvəlində göstərilən tələbdə “no more than one/two/three words and/or a number” uyğun olub-olmadığını yoxlamalıyıq. Sadəcə bir söz tələb olunan şərtlərə əməl etmək üçün isə ayın tarixini rəqəm formatında qeyd etmək mümkündür:
• 19/07və ya 07/19 (19 iyul)
Digər hallarda isə, imtahan verəcək namizədlərə tövsiyə edirik ki, ümumiyyətlə səhvlərdən yayınmaq üçün 19 July variantından istifadə etsinlər:
• TIME ACADEMY was founded on 19 July 2018.
İngilis dilində “saat və ya vaxt” da müxtəlif formalarda qeyd edilə bilər. Saatın neçə olduğunu deyərkən “a.m.” və “p.m.” sözləri işlədilir: “a.m.” sözü gecəyarı 12.00 və günorta 11.59 aralığında, “p.m.” isə günorta 12.00 və gecə 11.59 aralığında istifadə edilir. İmtahan zamanı deyilən saatı düzgün formada yaza bilmək üçün “half, quarter, past, to” sözlərinin hansı hallarda işləndiyini bilmək lazımdır:
• 9.00 nine o’clock
• 9.05 five past nine or nine oh five
• 9.10 ten past nine or nine ten
• 9.15 quarter past nine or nine fifteen
• 9.20 twenty past nine or nine twenty
• 9.25 twenty-five past nine or nine twenty-five
• 9.30 half past nine or nine thirty
• 9.35 twenty-five to ten or nine thirty-five
• 9.40 twenty to ten or nine forty
• 9.45 quarter to ten or nine forty-five
• 9.50 ten to ten or nine fifty
• 9.55 five to ten or nine fifty-five
• 10.00 ten o’clock
Günorta saat 12 ingilis dilində “12 pm” olaraq ifadə edilir, “12 am” isə gecəni göstərir.
Elektron formatda saatı yazarkən durğu işarələrindən də, qoşa nöqtə və ya nöqtədən, istifadə edilir. Məsələn:
• 9:00 am
• 9.00 am
• 9am
• 9 am
2022-01-16
Bloqu paylaşın:
TIME ACADEMY dil mərkəzində aparıcı ingilis dili müəllimi, tərcüməçi, sosiolinqvist
Müəllifin digər bloqları
IELTS
Dil öyrənmək
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış