Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
Dilçilik sahəsi üzrə xaricdə təhsil almaq arzusunda olan tələbələrin çoxsaylı suallarını nəzərə alaraq, sizə hazırda təhsil aldığım Sosiolinqvistika və Multilinqualizm üzrə Beynəlxalq Magistratura Proqramı (SoMu - International Master’s Programme in Sociolinguistics and Multilingualism) haqqında məlumat vermək istəyirəm.
Bildiyimiz kimi, hər il yüzlərlə, minlərlə tələbə “Visby”, “Visegrad”, “Stipendium Hungarcium”, “Erasmus Mundus” kimi məşhur təqaüd proqramlarına müraciət edir.
Bəs SoMu nədir? Bu proqram kimlər üçündür?
Mən bakalavr təhsilimi Azərbaycan Dillər Universitetinin Tərcümə (ingiliscə-azərbaycanca) fakültəsində almışam. Tərcümə fakültəsi tələbələrinin “magistr dərdi” çoxlarına məlumdur. Ümumiyyətlə dilçilik üzrə ixtisaslar əksər proqramların öncəlik (priority) siyahısında olmur. Tərcüməçilik də bu ixtisaslardan biridir ki, bu ixtisasın proqramı əksər universitetlərin kredit tələbini tam ödəmir. Bu baxımdan, dilçilik sahəsində təqaüdlü təhsil almaq istəyən tərcümə fakültəsi məzunları üçün ən yaxşı və nadir seçimlərdən biri SoMu proqramıdır.
SoMu – Litvanın Kaunas şəhərində yerləşən Böyük Vitovt Universiteti (Vytautas Magnus University - VMU) və Almaniyanın Mayns (Mainz) şəhərində yerləşən İohann Qutenberq Universiteti (Johannes Gutenberg University – JGU) tərəfindən təklif edilən, Stokholm Universiteti (İsveç) və Tartu Universitetinin (Estoniya) də əməkdaşlıq etdiyi birgə dərəcə (joint-degree) üzrə ikiillik magistr proqramıdır.
Dörd semestrlik proqram ərzində tələbələr üç fərqli universitetdə təhsil alır: 1-ci semestr Litvada, 2-ci semestr Almaniyada tədris edilir. 3-cü semestr üçün tələbələr Stokholm və Tartu universitetləri arasında seçim edir və nəhayət, 4-cü semestr üçün isə tələbələr magistr dissertasiyası yazacaqlarına görə əsas universitetlərdə - Litvada və ya Almaniyada qala, dissertasiyalarını yaza bilərlər. Təhsillərinin sonunda isə tələbələr Böyük Vitovt Universitetinin və İohann Qutenberq Universitetinin ikili diplomunu, eyni zamanda üçüncü semestr üçün seçdikləri universitetin sertifikatını əldə edirlər.
Tələb edilən dil səviyyəsi haqqında isə SoMu tələbəsi olaraq, bu tələbin daha yüksək qoyulmalı olduğunu düşünürəm. Çünki keçirilən dərslər, imtahanlar və tapşırıqlar 5.5 IELTS nəticəsi olanlar üçün ciddi çətinlik yarada bilər. Xüsusilə də, yazı bacarıqları inkişaf etdirilməlidir. Praktikada isə, təhsil alan “non-native” tələbələrin nəticəsi 6.5-dən yuxarı olur.
Bu il (2022) müraciət prosesi 17 yanvar tarixində başlayıb və 20 iyun tarixinə qədər davam edəcək. İlkin mərhələdə isə onlayn müraciət formunu doldurmaq lazımdır.
Onlayn müraciət etdikdən sonra uğurlu namizədlər müsahibə mərhələsinə dəvət edilirlər. “Skype” vasitəsilə həyata keçirilən müsahibədə tələbəyə proqram koordinatorları tərəfindən müxtəlif suallar verilir. Müsahibənin nəticələri 14 gün ərzində elan edilir. Qəbul olan bütün tələbələr qəbulun sonlandırılmasına dair əlavə təlimatları özündə əks etdirən “qəbul məktubu” (acceptance letter) alırlar.
Sociolinguistics and Multilingualism (SoMu) proqramına qəbul olduğunuz təqdirdə, illik təhsil haqqından (3750 avro) azad olursunuz, lakin Litva üçün 250 avro, Almaniya üçün isə 350 avro semestr haqqı ödəməlisiniz.
Təqaüd imkanları hər ölkə üçün fərqlidir. İlk semestr Litvada dövlət təqaüdünə müraciət edə bilərsiniz. Məndə ümumi ortalama bal (GPA) 93, IELTS 7.5 olduğu halda ixtisasım həmin təqaüd proqramında öncəlik olmadığına görə bu təqaüdü ala bilmədim. SoMu proqramı sizə DAAD proqramının aylıq 960 avro olan təqaüdünü təklif edir. Təqaüd oktyabr-fevral ayları ərzində verilir. SoMu tələbələrinin demək olar ki, yarısı bu təqaüdü əldə edir.
Almaniya semestri aprel ayında başlayır və Almaniya üçün Erasmus təqaüdü SoMu tələbələrinə təklif edilir. Tələbələr Litvada təhsil aldıqları semestr ərzində SoMu üçün ayrılmış formdan müraciət edir və SoMu tələbələrinin hamısı bu təqaüdü qazanır. Təqaüd aylıq 470 avro təşkil edir. Eyni təqaüd prosesi üçüncü semestr seçəcəyiniz universitet üçün də keçərlidir. İsveç üçün isə aylıq təqaüd 480 avro təşkil edir. Bundan əlavə, siz Litvada təhsil alan tələbə olduğunuza görə ilk semestri yaxşı göstəricilərlə başa vurduqda universitetdən növbəti semestr ərzində nailiyyətlərinizə görə dövlət təqaüdü də ala bilərsiniz.
SoMu proqramına müraciət üçün bu linkə daxil ola bilərsiniz.
Kifayət qədər maraq olarsa, məzun olduqdan sonra növbəti hissədə (2-ci hissə) Sosiolinqvistika və Multilinqualizm, müsahibəyə hazırlıq, həmçinin SoMu proqramında tədris edilən fənlər haqqında yazmağı planlayıram.
2022-01-22
Bloqu paylaşın:
TIME ACADEMY dil mərkəzində aparıcı ingilis dili müəllimi, tərcüməçi, sosiolinqvist
Müəllifin digər bloqları
IELTS
Dil öyrənmək
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış