Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
Çoxillik müəllimlik təcrübəmdə müşahidə etdiyim qeyri-təbii birləşmələrin, cümlələrin kökünə enəndə (bax: Ziqmund Freyd) əksər hallarda tərcümə, söz siyahıları, sinonim cədvəlləri qarşımıza çıxıb. Gəlin bu yanlış metodlara bir-bir yaxından baxaq.
Əgər çox şanslı deyiliksə, hamımız xarici dil və ya dilləri öyrənərkən tərcümə vasitəsilə öyrənmişik. Bəzi situasiyalarda qaçılmaz olmaqla birlikdə, tərcümə çox təhlükəli dil öyrənmə metodudur. Mənfi mənada.
Məsələn, tələbə deyir: “Sorry, I cannot speak. I am very excited” və ya “I was very excited during the exam”.
Bu cümlələr kontekst baxımından yanlış cümlələrdir. Çünki, “excited” müsbət mənada həyəcanlı olmağı ifadə edir. Tələbə sözü tərcümə lüğətində, daha da pisi, “Google translate”də “həyəcanlı” kimi gördüyü üçün belə bir ciddi xəta ortaya çıxır. Doğrusu isə yeni sözləri izahlı lüğətdən öyrənməkdir. İzahlı lüğətdə “excited” sözü “feeling very happy and enthusiastic” kimi verilib. Mənanı və işlənmə yerini daha dəqiq anlamaq üçün nümunə cümlələr:
Are you getting excited about your holiday?
I was excited that he was coming to visit.
Are you excited for your first Oscar nomination?
Tələbənin imtahan və ya intervü stresindən dolayı hiss etdiyi həyəcanı ifadə etmək üçün lazım olan söz “nervous”dur. Bu sözün izahlı lüğətdə açılışı “worried and anxious” kimidir. Məsələn:
She's always been nervous around dogs.
I was very nervous about driving again after the accident.
Bundan əlavə, sözlərin ayrı-ayrılıqda söz siyahılarından öyrənilməsi qəribə və anlaşılmaz, ən yaxşı halda qeyri-təbii birləşmə və cümlələrin ortaya çıxmasına səbəb olur. Gəlin təsəvvür edək ki, əcnəbi bir dostunuz var, Kolumbun kəşf edib bizi işə saldığı qitədən gəlib bizim dili öyrənib. Həmin dostunuz sizə deyir: “Mən yuxarı təhsilimi Avropada izləmək istəyirəm”. Siz onun nə demək istədiyini başa düşdünüz, ancaq cümlənin Azərbaycan dilini yaxşı bilməyən, sonradan öyrənən birindən çıxdığı çox bəllidir. Səbəb də tərcümə və söz siyahılarıdır. Dostunuz ingilis dilində “I am planning to pursue higher education” deyə fikirləşib və sözləri bir-bir tərcümə edərək əvəzləyib. Nəticə: erməni budaq cümləsi. Əgər bu dəmdə başqa bir xarici dostunuz, Almaniyadan Hans, söhbətinizi balla bölüb desə ki, “Mən ali təhsilimi Çində davam etdirmək istəyirəm”, bu təbiiliyə görə alnından öpərsiniz. Əgər Hans kimi olmaq istəyirsiriksə, ifadə, hətta bəzən cümlələri bütöv şəkildə götürüb öyrənməliyik. Eyni mövzuya bu podkastımda daha ətraflı toxunmuşdum.
Digər bir başağrısı isə sinonim cədvəlləridir. Sinonimlər təkrardan qaçmaq üçün gərəkli bir vasitə olsa da, kor-koranə sözləri konteksti, situasiyanı nəzərə almadan sinonimlərlə əvəzləmək olmaz. Məsələn, “important” və “vital” sözləri sinonimdir. Ancaq nəzərə almaq lazımdır ki, birinci söz daha geniş anlamda “önəmli” demək olsa da, ikinci söz latın dilində “həyat” demək olan “vita“ sözündən gəlir və “həyati önəm daşıyan” deməkdir. Beləliklə, çox bəsit şeylərçün “vital” sözünü işlətmək yanlış səslənəcək. Daha yaxşı anlaşılması üçün yenə doğma dilimizdən misal verim. Məsələn, dilimizdə “düşünmək” və “təfəkkür etmək” sinonimlərdir. “Mən düşünürəm ki, bu kitab digərindən daha qalındır” cümləsi doğru və təbii olsa da, “Mən təfəkkür edirəm ki, bu kitab digərindən daha qalındır” cümləsi Elmar Məmmədyarovun belə deməyəcəyi qədər yanlış və qeyri-təbiidir.
Bu sadalanan üç problemli metod vərdiş halını alır və bu problemləri aradan qaldırmaq peşəkar müəllim nəzarətində belə çox çətin, bəzən də mümkünsüz olur. Ona görə də, bu pis vərdişləri gec olmadan tərk etmək və doğru metodlara yönəlmək lazımdır: izahlı lüğətlər və birləşmələr (collocations).
Yanlış metodlardan qaçmaq üçün digər bloqlarımızı da oxumaq çox faydalı olacaq.
2021-09-26
Bloqu paylaşın:
IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru
Müəllifin digər bloqları
IELTS
Dil öyrənmək
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış