Dil öyrənmək və məcburiyyət
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
İnsanlarımızda səsləndirilən iddiaları sorğulamaq, yoxlamaq (fact-checking) vərdişi olmadığı üçün istənilən mövzu ətrafında yanlış məlumatlar yayılır, oturuşur və nəticədə doğru bilinən yanlışlara - miflərə çevrilir.
Bu baxımdan, təəssüf ki, IELTS də istisna deyil. Bu bloqda ən geniş yayılmış mifləri qeyd edib ətraflı izah edəcəyəm.
Burada daha çox IELTS imtahanının ədalətsiz olmasından, müəyyən texnika və hiylələrlə yüksək bal almağın mümkünlüyündən danışırlar. Dünyada elə bir imtahan yoxdur ki, orada texnikalar, yanaşma, praktika, yediklərimiz, yuxu rejimimiz və başqa onlarla faktor rol oynamasın. Bu barədə daha ətraflı bu podkastda (IELTS imtahanı ədalətlidirmi?) danışmışdıq. IELTS imtahanında da bu yan faktorlar təbii olaraq rol oynayır və bu rol onu ədalətsiz adlandıracaq qədər böyük deyil. Bu neçə il ərzində zəif bir namizədin gedib 8.0 aldığına rast gəlməmişəm.
Bundan əlavə, qrammatik testlərə öyrəşən insanlarımız üçün "past perfect continuous" haqqında sual verməyən bir imtahan səthi görünür. Onlar düşünürlər ki, dil biliyi belə ölçülməməlidir. Doğrudur, IELTS imtahanı dil biliyindən çox dilin istifadəsini ölçür. Yəni burada bizim "past perfectcontinuous"u bilməyimiz kifayət etmir, onu yazıda (Writing) və danışıqda (Speaking) istifadə etməyimiz istənilir. Bu mənə məntiqli və ədalətli görünür. Nəticədə, əgər istifadə edə bilmiriksə, bilməyin bir mənası yoxdur.
Bu iddianı onunla əsaslandırırlar ki, bu ərəfələrdə "deadline"lar yaxınlaşır deyə imtahan çətinləşdirilir ki, daha az namizəd yüksək bal toplasın.
Burada böyük məntiq xətası var. Proqramlara qəbul və təqaüdlərin verilməsi zatən rəqabət əsasındadır. Yəni müraciətçilər arasından ən yaxşı göstəricilərə malik olanlar seçilir. İmtahanın çətinləşdirilməsi burada bir rol oynamır. Əgər əksəriyyət 8.0 alsa, 8.5 alanlar seçiləcək; əksəriyyət 6.0 alsa, 6.5 alanlar seçiləcək.
Oxşar etirazlar universitetə qəbul imtahanlarında da səsləndirilir. Nəzərə alsaq ki, bu imtahanlar da rəqabət əsaslıdır və qəbul olunacaq tələbələrin sayı məlumdur, bu etirazların heç bir əsası yoxdur. Məsələn, BDU-da həmin il 30 nəfər hüquq fakültəsinə qəbul olunacaqsa, imtahanın çətin və ya asan olmasının bir fərqi olmayacaq. Asan olacaqsa, rəqiblər də yüksək toplayacaq; çətin olacaqsa, hamı az toplayacaq.
Bundan əlavə, IELTS imtahanını universitetlər keçirmir. Universitetlər bu işi bir növ British Council və IDP kimi qurumlara həvalə edib onların çıxardığı nəticələrə güvənirlər. Bunu etməklə, özlərini də imtahan keçirmək, resurs sərf etmək, işçi qüvvəsi cəlb etmək kimi əlavə zəhmətlərdən azad edirlər. Nəzərə alsaq ki, bazarda onlarla müxtəlif səviyyə ölçən imtahan var, IELTS imtahanının illərdir "ən populyar", "ən etibarlı" statusunu qoruyub saxlaması asan iş deyil. Əgər bu testi bir ay asan, bir ay çətin etsəydilər, bu qədər universitet, şirkət və təşkilatlar onun nəticələrinə etibar etməzdi. Eynilə, əgər bu imtahanı texnika və hiylələrlə "hack" etmək mümkün olsaydı, IELTS adı çoxdan tarixdən silinərdi.
Mən özüm də imtahanlarımın çoxunu dekabr ayında vermişəm, xüsusi çətinliyə rast gəlməmişəm. Bu bloqda (Mənim IELTS yolum) öz nəticələrim haqqında ətraflı yazmışam. Tələbələrimiz arasında da bu ayda imtahan verib yüksək nəticələr (Nəticələrimiz) əldə edənlər çoxdur.
"Barattson"un verdiyi sertifikat "British Council"ın verdiyi sertifikatla eyni hüquqi qüvvəyə malikdir. Qiymətlər və s. də eynidir. Praktiki olaraq da, bu illər ərzində "Barattson" sertifikatına görə problem yaşayan tələbəyə rast gəlməmişəm, eşitməmişəm. Məzunlarımız arasında da bu imtahan mərkəzindən sertifikat alıb müxtəlif ölkələrdə, hətta Böyük Britaniyada təhsil alanlar az deyil.
Sonda bütün oxuculara tövsiyə etmək istəyirəm ki, səsləndirilən fikirləri, iddiaları daim sorğulayın, quqllayın.
Aşağıda, bonus olaraq, heç bir əsası olmayan başqa bir neçə mifi də qeyd edirəm:
2022-08-25
Bloqu paylaşın:
IELTS təlimçisi, TIME ACADEMY şirkətinin qurucu direktoru
Müəllifin digər bloqları
IELTS
Dil öyrənmək
İnsan həyatda qalmaq uğrunda olduğu mühitə uyğunlaşmaq üçün möhtəşəm alətlərə sahibdir.
Dil öyrənmək
baxış
The language we learn since our childhood at home develops our identity.
Linqvistika
baxış
Məşhur Grammar Azi səhifəsinin admini, Murad Hüseynovla müsahibəmi təqdim edirəm.
Linqvistika
baxış